satellite   Azerspace-1: 11135 H 30000

BBC "İpək Yolu - Azərbaycan möcüzələri" proqramını yayımlayacaq

BBC "İpək Yolu - Azərbaycan möcüzələri" proqramını yayımlayacaq

Britaniyanın BBC teleşirkəti "İpək Yolu - Azərbaycan möcüzələri" adlı silsilə veriliş təqdim edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BBC teleşirkəti məlumat verib. Proqramda tarixçi Bettani Hyuzun Qobustan və Şəkiyə səfəri əks olunur. Səyyah səhraya bənzəyən Qobustan çöllərində 40 min illik qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır. Bettani, həmçinin Şəki xan sarayını araşdırır.

Verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.

Qeyd edək ki, veriliş tarixçi, yazıçı, jurnalist, professor Bettani Hughes tərəfindən təqdim olunacaq. O, indiyə qədər "National Geographic", "Discovery", "PBS", "Channel 4", "Netflix"," ITV" və "History Channel" üçün 50-dən çox televiziya və radio sənədli filmi çəkib. Onun proqramları dünyada 250 milyondan çox tamaşaçı tərəfindən izlənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM