satellite   Azerspace-1: 11135 H 30000

“Şuşa, sən azadsan” başlıqlı sərgi davam edir - FOTOLAR

“Şuşa, sən azadsan” başlıqlı sərgi davam edir<font color=red> - FOTOLAR</font> “Şuşa, sən azadsan” başlıqlı sərgi davam edir<font color=red> - FOTOLAR</font> “Şuşa, sən azadsan” başlıqlı sərgi davam edir<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 23-dən başlayaraq Naxçıvan rəssamları “Şuşa, sən azadsan” başlıqlı sərgi təşkil ediblər. Sərgidə 36 rəssamın fərqli janr və üslublarda ərsəyə gətirdikləri 44 rəsm və dekorativ tətbiqi sənət əsəri nümayiş olunur. Zəngin rəng koloriti və müxtəlif kompozisiyalarla maraq doğuran sərgi 29 noyabra qədər sənətsevərlərin ixtiyarında olacaq.

28 il işğal altında olan, hər daşı, qayası ilə tariximizi, milli kimliyimizi, mənliyimizi qoruyub yaşadan Şuşa azadlığının 3-cü ilini yaşayır. “Şuşa, sən azadsan” sərgisini Naxçıvan rəssamlarının “Şuşa ili”nə mühüm töhfəsi kimi yüksək qiymətləndirmək olar. 

Rəssamlarımız əsərlərində Qarabağımızın zəfər simvolu olan xarıbülbülə də xüsusi yer ayırıblar. Hər bir rəsm əsərində hərb tariximizin parlaq səhifələri, Şuşa əməliyyatı, Qarabağın ümumi mənzərəsi öz bədii əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM