satellite   Azerspace-1: 11135 H 30000

Şərur Rayon Xalq Teatrının kollektivi Kəngərlidə tamaşa nümayiş etdirib - FOTOLAR

Şərur Rayon Xalq Teatrının kollektivi Kəngərlidə tamaşa nümayiş etdirib<font color=red> - FOTOLAR</font> Şərur Rayon Xalq Teatrının kollektivi Kəngərlidə tamaşa nümayiş etdirib<font color=red> - FOTOLAR</font> Şərur Rayon Xalq Teatrının kollektivi Kəngərlidə tamaşa nümayiş etdirib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Xalq Teatrı yazıçı - dramaturq Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” komediyası əsasında səhnələşdirdiyi tamaşanı Kəngərlidə nümayiş etdirib.

Kəngərli Rayon Mədəniyyət Sarayında təqdim olunan bir pərdə, dörd şəkilli tamaşada hadisələr keçən əsrin 80-ci illərinin sonunda Azərbaycan şəhərlərindən birində cərəyan edir. Hadisələr o dövrün eybəcərliklərini göstərir.

Tamaşaçılar Qəlyanalının çirkin əməllərinin şahidi olurlar. Müxtəlif çirkin yollarla qazandığı pulları başqasının adına sənədləşdirən Qəlyanalı və onun ətrafındakılar gülüş hədəfidirlər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nemət Sultanov, rəssamı Məlahət Həsənova, musiqi tərtibatçısı isə Turan Əsədovdur. Uğurlu səhnə həllində Nemət Sultanov, Aysel Musayeva, Məhərrəm Əbilsoy, Sevinc Əlizadə, Mirtahir Seyidov, Rza Quliyev kimi istedadlı aktyorlar obrazları təbii və canlı təqdim ediblər.

 

    Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM