satellite   Azerspace-1: 11135 H 30000

Şərurda “Vətən sevgisi” tamaşası nümayiş etdirilib - FOTOLAR

Şərurda  “Vətən sevgisi” tamaşası nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> Şərurda  “Vətən sevgisi” tamaşası nümayiş etdirilib<font color=red> - FOTOLAR</font> Şərurda  “Vətən sevgisi” tamaşası nümayiş etdirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Mədəniyyət Sarayında “Vətən sevgisi” tamaşası nümayiş etdirilib.

Tərifə Kərimovanın eyniadlı psixoloji dramı əsasında hazırlanmış tamaşa 44 günlük Vətən müharibəsinə həsr olunub. Dövlətimizin şəhid ailələri və qazilərə qayğısını özündə əks etdirən tamaşanın əsas ideyası gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

Tamaşanın ideya müəllifi Qışlaqabbas Kənd Klubunun müdiri Rza Quliyev, quruluşçu rejissoru Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbəri və rejissoru Nəsimi Məmmədzadədir.

Şərur Rayon Xalq Teatrının istedadlı aktyorları tərəfindən hazırlanan tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

 

                                                                  Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM