satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

Səudiyyə Ərəbistanında turistlərə yeni növ vizalar veriləcək

Səudiyyə Ərəbistanının hakimiyyət orqanları əcnəbilərə yeni növ – 96 saatlıq tranzit vizalar verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudia” aviaşirkəti hakimiyyət orqanları ilə birgə “Sizin bilet vizadır” adlı layihə reallaşdırır. Layihəyə əsasən, əcnəbilər bu aviaşirkətin biletləri ilə Səudiyyə Ərəbistanda dörd gün, yəni 96 saat qala biləcəklər. Bu vaxt ərzində qonaqlar görməli yerləri ziyarət edə və ya həcc ziyarətini yerinə yetirə biləcəklər.

“Saudia”nın sərnişinləri vizanı bu ilin birinci yarısında biletlərin onlayn bron edilməsi zamanı rəsmiləşdirə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM