satellite   Azerspace-1: 11135 H 30000

“Hər şey hər yerdə və dərhal” filmi “Oskar” mübarizəsində liderdir

“Hər şey hər yerdə və dərhal” filmi “Oskar” mübarizəsində liderdir

“Hər şey hər yerdə və dərhal” komediyası (ABŞ) bu il “Oskar” mükafatına 11 nominasiya üzrə namizəddir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, malayziyalı aktrisa və “Hollywood” ulduzu Mişel Yeonun çəkildiyi ekran əsəri ötən ilin aprel ayında ABŞ-da prokata çıxıb.

“Ən yaxşı film” nominasiyasına iddialılar arasında Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kameronun “Avatar: suyun yolu”, Sara Pollinin “Qadınlar danışır”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Martin Makdonahın “İnişerin Banşiləri”, Baz Lurmanın “Elvis”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik” və Ruben Estlundun “Qəm üçbucağı” filmləri yer alır.

“Xarici dildə ən yaxşı film” nominasiyası uğrunda isə “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Edvard Berger), “Argentina, 1985” (Santyaqo Mitre), “Sakit adam” (Kolm Bayrid), “Yaxın” (Lukas Dont) və “İa” (Yerji Skolimovski) ekran əsərləri mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM