satellite   Azerspace-1: 11135 H 30000

Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı may ayında keçiriləcək

Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı may ayında keçiriləcək

Şuşa şəhərində VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi bu ilin may ayına planlaşdırılır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.

Festivalın təşkili ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM