satellite   Azerspace-1: 11135 H 30000

“Milli Qəhrəmanlar” sənədli filmlər silsiləsindən bu günədək 100-dən çox film çəkilib - açıqlama

“Milli Qəhrəmanlar” sənədli filmlər silsiləsindən bu günədək 100-dən çox film çəkilib<font color='red'> - açıqlama</font>

Nazirliyin “Salnaməfilm” və “Yaddaş” studiyalarında bu günədək “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 100-dən artıq film çəkilib.

Bu barədə Naxçıvan televiziyası-a Mədəniyyət Nazirliyindən bildirilib.

“Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı dövlət sifarişi və dəstəyi ilə film istehsalı, o cümlədən qəhrəmanlar haqqında filmlərin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulub”,-deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların həyatının və keçdiyi şərəfli döyüş yolunun insanlara daha yaxından tanıdılması məqsədilə 2012-ci ildən Mədəniyyət Nazirliyinin sifarişi ilə silsilə sənədli filmlərin istehsalına başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM