satellite   Azerspace-1: 11135 H 30000

Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında

Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında

Litvanın geniş izləyici auditoriyalı “rasyk.lt” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Məmməd Arazın ingilis dilinə tərcümə edilmiş “Müharibə olmasa” şeirinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Naxçıvan televiziyası-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi – Kanada şairi və tərcüməçisi Patrik Vudkokdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “rasyk.lt” portalı mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Vladimir Nabokov kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM