satellite   Azerspace-1: 11135 H 30000

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb - FOTOLAR

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb<font color=red> - FOTOLAR</font> Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb<font color=red> - FOTOLAR</font>

İyulun 14-ü günorta saatlarında Siyəzən rayonunda dağlıq ərazidə yanğın başlayıb.

NTV  xəbər verir ki, yanğın rayonun Dərəzarat kəndi yaxınlığında qeydə alınıb, kol-kos və quru otluq ərazini əhatə edir.

Əraziyə yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və yanğınsöndürən maşınlar cəlb olunub. Amma yanğın baş verən ərazi çətin dağlıq relyefə malik olduğu üçün yanğınsöndürən maşınları söndürmə prosesinə cəlb etmək mümkün deyil. Bu səbəbdən hazırda yanğın yanğınsöndürənlər və yaxın kəndlərin sakinlərinin köəyi ilə söndürülür. Artıq yanğın nəzarətə götürülüb və genişləndirilməsinin qarşısı alınır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM