satellite   Azerspace-1: 11135 H 30000

İlin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlanılacaq

İlin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlanılacaq

Füzuli şəhərində növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir.

NTV-nin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.

"Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 850 ailə yaşayır. Növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir və hazırda dövlət ekspertiza mərhələsindədir. Sentyabr-oktyabr aylarında dövlət satınalmalar proseduru çərçivəsində tenderə çıxarılması gözlənilir. Bunun da nəticəsində biz ilin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlayacağıq", - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM