satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq

Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq

NTV-nin məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb.

Hazırda agentliklə tenderdə qalib gələn şirkət arasında müqavilənin bağlanması prosesi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə start veriləcək.

Qeyd edək ki, təmir-bərpa işləri “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında icra olunacaq. Eyni zamanda, Naxçıvan şəhərinin mərkəzi küçələri və digər rayonların avtomobil yolları ilə bağlı hazırlanan layihələrin də tender mərhələsi davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM