satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan diplomatları İrandan təxliyə olunub - FOTOLAR

Azərbaycan diplomatları İrandan təxliyə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan diplomatları İrandan təxliyə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan diplomatları İrandan təxliyə olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycanlı diplomatların İrandan təxliyəsi həyata keçirilib.

NTV xəbər verir ki, ölkəmizin İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM