satellite   Azerspace-1: 11135 H 30000

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb - FOTOLAR

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb<font color=red> - FOTOLAR</font> Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb<font color=red> - FOTOLAR</font> Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb<font color=red> - FOTOLAR</font>

Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumu keçirilir.

NTV xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edirlər.

Forumda rəsmi hissədən sonra “Rəqabət siyasətinin formalaşdırılması TDT-nin hərəkətverici qüvvələrindən biri kimi: regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi aparılacaq.

Bu gün, həmçinin Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü iclası keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM