satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralının olması ilə əlaqədar İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

NTV xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM