satellite   Azerspace-1: 11135 H 30000

“N-Telekom” və “Naxçıvanpoçt"un təşkilati-hüquqi formaları dəyişdiriləcək

“N-Telekom” və “Naxçıvanpoçt"un təşkilati-hüquqi formaları dəyişdiriləcək

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil ediləcək.

NTV-nin məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Fərmana əsasən, adı çəkilən qurumlar eyni adlı MMC-lərə çevriləcək. Yenidən təşkil edilmə ilə bağlı ümumi yığıncaq səlahiyyətləri aidiyyəti qurumlar arasında bölüşdürülüb. Təyinatlar, struktur, maliyyə məsələləri və inkişaf istiqamətləri ilə bağlı qərarlar müvafiq razılaşmalarla həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM