satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Prezident İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Naxçıvan televiziyası xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb, bu baxımdan bir müddət əvvəl Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin önəminə toxunulub.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM