satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib - FOTOLAR

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gedib<font color=red> - FOTOLAR</font>

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib.

Naxçıvan televiziyası xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM