Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulur.
NTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Saziş 1968-ci il aprelin 22-də imzalanıb. Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etməsi barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir, bu sahədə yarana biləcək münasibətlərin səmərəli şəkildə tənzimlənməsini nəzərdə tutur. Sazişdə kosmonavtlara bütün mümkün olan yardımların göstərilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Sazişdə, habelə texniki, inzibati məsələlər, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydaları, imzalanma və ratifikasiya ilə bağlı prosedurlara dair tələblər də ehtiva olunur.
