satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır

Prezident: Azərbaycan Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır

Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır.

 

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

 

Prezident bildirib ki, dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır:

 

"Ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM