satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

NTV xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olundu.

Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıldı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM