satellite   Azerspace-1: 11135 H 30000

Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM

Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifəsindən geri çağırılıb<font color='red'> - SƏRƏNCAM</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM