satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı üzrə Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı üzrə Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM