satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub - FOTOLAR

Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.

Naxçıvan televiziyası xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.

Qeyd edilib ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM