satellite   Azerspace-1: 11135 H 30000

Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub - FOTOLAR

Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub<font color=red> - FOTOLAR</font> Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub<font color=red> - FOTOLAR</font> Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub<font color=red> - FOTOLAR</font> Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində lövhələrin açılışı olub<font color=red> - FOTOLAR</font>

Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.

Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.

Qeyd edilib ki, küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.

Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürüb.

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM