satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulandı, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirildi, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə danışılıb.

Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM