satellite   Azerspace-1: 11135 H 30000

ADY-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

ADY-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Müşahidə Şurasının üzvləri arasından çıxarılıb.

Şuranın tərkibinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Cəfər Babayev daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM