satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib

Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM