satellite   Azerspace-1: 11135 H 30000

Malyariyaya qarşı yeni peyvənd yüksək effekt göstərib

Malyariyaya qarşı yeni peyvənd yüksək effekt göstərib

Oksford Universiteti və Hindistanın Serum İnstitutu tərəfindən hazırlanmış peyvənd kiçik uşaqlarda simptomatik malyariya hallarının qarşısının alınmasında 75 faiz effekt göstərib.

Naxçıvan televiziyası “The national news” saytına istinadla xəbər verir ki, yeni malyariya peyvəndi əsasən dörd Afrika ölkəsində 4,800 uşağa tətbiq edilib. Son mərhələnin sınaq nəticələrinə əsasən, ilkin üç dozanın verildiyi ərazilərdə beş və 36 aylıq uşaqlarda malyariya hallarının dörddə üçünün qarşısı alınıb.

Malyariya hər il 400 000-dən çox insanın, o cümlədən cənub-şərqi Afrikada çoxu Saxaradan olan beş yaşa qədər 260 000 uşağın həyatına son qoyur. Xəstəliyə təkhüceyrəli parazit Plasmodium falciparum səbəb olur ki, bu da insanlara ağcaqanadlar vasitəsilə yoluxur.

Xəstəliyin simptomları parazitin qırmızı qan hüceyrələrinə təsirindən qaynaqlanır.

Oksford Universiteti və Serum İnstitutunun peyvəndi artıq üç Qərbi Afrika ölkəsində və ÜST-da tənzimləyici orqanlar tərəfindən istifadə üçün təsdiqlənib. ÜST-nın nümayəndəsi Meri Hamel peyvənddən danışarkən onilliklər ərzində gözlədiyinin bu olduğunu bildirib. İlk peyvənd bu ayın əvvəlində dərman istehsalçısı GSK tərəfindən hazırlanaraq Kamerunda istifadəyə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM