satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib - FOTOLAR

Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvanda səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəisləri ilə tədris-metodiki toplanış keçirilib.

NTV xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün Mülki müdafiə tədbirləri planı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən səhiyyə müəssisələrinin mülki müdafiə rəhbərləri və qərargah rəislərinin iştirakı ilə “Fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılmasında səhiyyə müəssisələrinin rolu və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda tədris-metodiki toplanış keçirilib.

Tədris-metodiki toplanışın keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, mülki müdafiə sahəsində fəaliyyətin təkmilləşdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi olub.

Çıxış edənlər mülki müdafiə planlarının diqqətdə saxlanılması, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması və praktiki məşğələlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, fövqəladə hallarda tibbi təminatın düzgün təşkili və resurslardan səmərəli istifadə, mülki müdafiə sahəsində normativ-hüquqi sənədlərin tələbləri ilə bağlı tövsiyələr verilib.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
61 İLLİK SƏADƏT - VİDEO

18:36 13.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM