satellite   Azerspace-1: 11135 H 30000

Culfada humanitar tibbi aksiya keçirilib - FOTOLAR

Culfada humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Culfada humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font>

Aprelin 6-da “Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası və Duzdağ Fizioterapiya Mərkəzinin həkim heyəti tərəfindən humanitar tibbi aksiya keçirilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib.

Culfa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya zamanı rayon sakinləri endokrinoloji, USM, oftalmoloji, uroloji və digər sahələr üzrə müayinələrdən keçirilib, onlara həkim və laborator xidmətlər göstərilib.

Tibbi aksiya zamanı 128 rayon sakininə 421 müayinə icra olunub,  patologiyalar aşkarlanmış şəxslər dərindən müalicə və müayinələrinin aparılması məqsədilə müvafiq xəstəxanalara dəvət ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM