satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni təyin olunan nazir müavini həkim-rezidentlərlə görüşüb

Naxçıvanda yeni təyin olunan nazir müavini həkim-rezidentlərlə görüşüb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov muxtar respublikanın tibb müəssisələrində rezidentura təhsili alan həkim-rezidentlərlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə daxili xəstəliklər, hematologiya, orologiya, somatologiya, nevrologiya, pediatriya, travmatologiya, endodontiya, oftalmologiya, fizioterapiya, nevrologiya, kardiologiya və digər ixtisaslar üzrə ümumilikdə 70-ə yaxın rezident iştirak edib.  

Görüş zamanı Samiq Sadıxov rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün muxtar respublikanın səhiyyə ocaqlarında yaradılan imkanlar, daha çox vurğulanan problemlərin həlli yolları istiqamətində ətraflı məlumat verib, rezidentura təhsili səviyyəsinin yüksəldilməsinin tibb müəssisələrinin yerli kadrlarla təmin olunmasındakı əhəmiyyətindən danışıb.

Bildirib ki, rezidentlər təyin edilmiş məsul şəxslə-kuratorla sıx əlaqədə işləməli, xəstələrin müayinə və müalicələrində, gecə növbələrində, eləcə də həkimlərlə birgə ilkin xəstə qəbulunda yaxından iştirak etməli, müalicə protokollarından düzgün istifadə qaydalarını yaxşı bilməlidirlər.

Samiq Sadıxov bildirib ki, bundan sonra rezidentlərin fəaliyyətlərində onlara lazımi dəstək göstəriləcək, gələcəkdə ixtisasları üzrə təkmilləşdirmə kurslarına göndərilmələri üçün lazımi tədbirlər görüləcək.

Tədbirin sonunda təhsil və təcrübə səviyyələrinin keyfiyyətinin artırılması istiqamətində təkliflərlə çıxış edən rezidentlərin fikirləri, problemləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM