satellite   Azerspace-1: 11135 H 30000

Peyvənddən yayınmış 383 uşaq peyvəndə cəlb olunub

Peyvənddən yayınmış 383 uşaq peyvəndə cəlb olunub

Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, muxtar respublikanın şəhər və rayonlarında aprel ayının 24-dən aparılan kütləvi profilaktik peyvəndlər zamanı peyvənddən yayınmış 383 uşaq peyvəndə cəlb olunub. Onlardan da 132-si 0-1 yaş, 127-si 1-2 yaş, 57-si 3-6 yaş, 67-si isə 6 yaşdan yuxarı uşaqlardır.

Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, uşaqlarda immun sistem zəif olduğu üçün yoluxucu xəstəliklər zamanı orqanizm öz müdafiə sistemini qura bilmir və bu hal ağır nəticələr verə bilir. Bu məqsədlə uşaqların inkişaf aylarına uyğun olaraq profilaktik peyvəndlərin vurulması vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM