satellite   Azerspace-1: 11135 H 30000

Həkimlərin Naxçıvana qayıdışı başlayıb

Həkimlərin Naxçıvana qayıdışı başlayıb

Naxçıvanda son bir həftədə 11 həkim fəaliyyətə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan televiziyasına müsahibəsində Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov deyib. 

Samiq Sadıxov qeyd edib ki, yeni fəaliyyətə başlayan həkimlərin bir qrupu əvvəlki illərdə Naxçıvandan köçüb getmişlərdir. Onlar son islahatlardan sonra yaradılan münbit şəraitə görə geri qayıdıblar.

Bununla yanaşı, Azərbaycanın digər rayonlarından olan 7 yüksəkixtisaslı həkim isə iyunun 1-dən Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayacaq. Onlar laboratoriya sahəsində çalışacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM