satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Türkmənistan ərazisində daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları bu ölkədəki səfirliyimizdə yaradılmış 48 nömrəli seçki məntəqəsində yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüququndan istifadə edə biləcəklər.

Məntəqə prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. Türkmənistanda konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Vətəndaşlarımız səsvermədə iştirakla əlaqədar məlumatlandırılıb. Eyni zamanda, səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM