satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var

Prezident: Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var

Biz yeni layihələr üzərində də işləyirik və onlardan biri yaşıl enerji layihəsidir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan dövlətimizin başçısı deyib: Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM