satellite   Azerspace-1: 11135 H 30000

Yens Stoltenberq: COP29 qlobal istiləşmə ilə mübarizədə çox mühüm tədbir olacaq

Yens Stoltenberq: COP29 qlobal istiləşmə ilə mübarizədə çox mühüm tədbir olacaq

İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

“Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. Bu baxımdan COP29 çox mühüm tədbir olacaq”, - deyə Yens Stoltenberq vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM