satellite   Azerspace-1: 11135 H 30000

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib.

Naxçıvan televiziyası BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib.

“Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM