satellite   Azerspace-1: 11135 H 30000

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOLAR

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib<font color=red> - FOTOLAR</font> Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib<font color=red> - FOTOLAR</font>

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Baş Qərargah rəisi səhra məntəqəsinə gələrək tapşırıqların icrası zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.

Qeyd olunub ki, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib.

General-polkovnik K.Vəliyev təlimin gedişatını müsbət qiymətləndirib, bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin, keyfiyyətinin daha da artırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM