satellite   Azerspace-1: 11135 H 30000

Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib

Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib

Almaniya Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazırdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.

“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi imkanı var. Xarici işlər naziri Annalena Berbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, - bəyanatında bildirilib.

Almaniya XİN-dən vurğulanıb ki, dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM