satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfirliyi Hindistana başsağlığı verib

Azərbaycan səfirliyi Hindistana başsağlığı verib

Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

“Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.

Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM