satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: ABŞ İrəvanı və Bakını Moskva ilə əməkdaşlıqdan qoparmağa çalışır

Rusiya XİN: ABŞ İrəvanı və Bakını Moskva ilə əməkdaşlıqdan qoparmağa çalışır

ABŞ İrəvanı və Bakını Rusiyadan qoparmağa və dağıdıcı təsirini yaymağa çalışır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya departamentinin direktor müavini Andrey Nastasin deyib.

Diplomat qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün universal əsas olaraq qalır: “Biz əminik ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir. Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərini tətbiq etmələri Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır. Təkcə bu region üçün deyil, həm də ümumi Avrasiya təhlükəsizliyi üçün dağıdıcı nəticələrə səbəb olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM