satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Əhsən İqbal ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.

Məlumata görə, tərəflər Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq münasibətlərini vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM