Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə açıqlama yayıb

Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə açıqlama yayıb

ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. “Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib”,- deyə açıqlamada bildirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM