satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Finlandiya XİN başçısı ilə görüşüb

Ceyhun Bayramov Finlandiya XİN başçısı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasında iştirakı çərçivəsində finlandiyalı həmkarı Elina Valtonen ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Görüşdə tərəflər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər”, - məlumatda bildirilib.

Bayramov Valtonenə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, davam edən mina təhlükəsi və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM