satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına uyğun olaraq komanda-qərargah təlimi keçirilib, şərti düşmənin planlı və plandankənar hədəfləri məhv edilib.

Bu barədə Naxçıvan televiziyası-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə raket və artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini atəşlə məhv ediblər. Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM