satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir

Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir

Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının nəticəsi ilə bağlı açıqlamada qeyd olunub.

İclasda həmçinin Azərbaycan-Ermənistan müzakirələrində əldə olunan müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə istək də xüsusi vurğulanıb.

Toplantıda qeyd olunub ki, Cənubi Qafqazdakı mümkün sülh bütün aktorların xeyrinə olacaq.

Bundan başqa, iclasda Şərqi Avropa və Yaxın Şərqdəki durum da müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM