satellite   Azerspace-1: 11135 H 30000

TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib

TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Fuat Oktay dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.

Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM