satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışıb

Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışıb

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM