satellite   Azerspace-1: 11135 H 30000

Yeni təyin olunmuş səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb

Yeni təyin olunmuş səfir Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb

Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.

“Niderlanddakı Azərbaycan icmasının üzvləri ilə ilk görüşümdən çox məmnun oldum. Həmvətənlərimizin hər birinə iştiraka və maraqlı müzakirələrə görə dərin təşəkkürümü bildirir, görüşlərimizin davamlı olacağına ümid edirəm. Biz birlikdə güclüyük!”, – diplomatik missiyanın başçısı qeyd edib.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim etmişdi.

Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM